Fetal Mərkəz NS Genetics klinikasında Riskli hamiləliyin muayinəsi və genetik diaqnostikası, Yüksək ixtisaslı mütəxəssis tərəfindən ana bətnində dölün ayrıntılı ultrasəs və rəngli Doppler ...

Xəbərlər və bloq yazıları

Bizimlə əlaqə

BLOG

Vitiliqo xəstəliyi nədir? Vitiliqonun müalicəsi varmı?

Vitiliqo xəstəliyi nədir? Vitiliqonun müalicəsi varmı?

Vitiliqo xəstəliyi
Elmi adı vitiliqo, xalq dilində ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Yəni immun sistem hüceyrələrinin dəriyə rəng verən melanosit hüceyrələrinə hücumu və zədələməsi nəticəsində dəridə ağ ləkələr yaranır. Ağ ləkələr melanosit hüceyrələrindən yoxsun qalan depiqmentasiya sahələridir. Xəstəlik hər yaşda görülə bilər. Pediatrik qrupda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir.

Zərər görmüş nahiyələrdə dəri rənginin itməsindən başqa bu xəstəliyin heç bir başqa simptomu yoxdur. Dəridəki bu ləkələr piqment çatışmazlığı səbəbindən dümağdır. Ləkələr adətən aşağıdakı nahiyələrdə meydana gəlir:
• Üzdə, adətən ağız, gözlər və burnun ətrafında
• Əl və qollar
• Ayaq və qıçlar
Vitiligo xəstəliyinin hazırda tibbi, cərrahi və digər müalicə üsulları mövcuddur. Dəri rənginin bərpasına və hətta dəri tonunun bərabərləşdirilməsinə imkan verən bir sıra müalicə üsulları mövcuddur. Nəticələr müxtəlif ola bilər və buna dair öncədən proqnoz vermək mümkün deyil. Bəzi müalicə üsullarının ciddi əlavə təsirləri mövcuddur. Buna görə də ilk növbədə həkiminiz sizə avtozaqar vasitələr və ya makiyaj vasitəsilə dərinizin rəngini bərpa etməyi tövsiyə edəcək.

Vitiligo xəsətliyindən əziyyət çəkən insanların aşağıdakı hallarla qarşılaşması riski yüksəkdir:
• Sosial və ya psixoloji stress
• Günəşdə yanma və dəri xərçəngi
• Qüzehli qişanın iltihabı kimi göz problemləri
• Eşitmənin itməsi
Vitiligo adətən 40 yaşdan öncə meydana gəlir və selikli qişa və göz ətrafı nahiyələrə təsir edə bilir.

Etiopatogenez:
Vitiliqo xəstəliyinin yaranması avtoimmun mexanizmlərlə əlaqəlidir. Xəstələrin immun sistemi ekzogen və endogen faktorların təsirindən provokasiyaya uğradılır. Provokasiya nəticəsində avtoimmun mexanizmlər işə düşərək dəriyə rəng verən melonosit hüceyrələrin məhv edilməsi başlayır. Nəticədə dəridə ağ ləkələrə səbəb olan depiqmentasiya sahələri yaranır. Provokasiyaedici faktorlara günəş şüaları, stress, travma daxildir. Bütün yuxarıda sadalanan mexanizmlərin əsasında isə immun sistem hüceyrələrinin genetik səviyyədə olan pozuntusu dayanır [5]


Klinik əlamətlər:
Vitiliqo xəstəliyində əsas klinik əlamətlər dəridə ağ ləkələr verən depiqmentasiya sahələridir. Dərinin istənilə yerində meydana gələ bilər. Əsasən gözətrafında, dodaqətrafında, dirsəklərdə, dizlərdə, topuqda, biləklərdə, əllərin və ayaq pəncəsinin üzərində ağ ləkələr şəklində özünü göstərir.
Olduğu sahələrdə tüklərdə ağarma da müşahidə edilir. Əsasən asimptomatik olur. Bəzən göynəmə və qaşıntı əlamətləri də yarana bilər. Bəzən ağ ləkələr bütün dərini əhatə edə bilər. Məşhur müğənni Maykl Geksond olduğu kimi.

Diaqnoz:
Ala xəstəliyinin diaqnozu əsasən kliniki yollarla qoyulur. Lakin, vitiliqonun qarışa biləcəyi çox dəri xəstəliyi vardır. Ona görə diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinə üsullarına tez-tez ehtiyac duyulur. Wood lampası ilə qaranlıq otaq müayinəsi bunlardan ən çox istifadə edilən üsuludur. Bundan başqa laborator və biokimyəvi analizlərə də ehtiyac duyula bilər. Nadirən diaqnozu dəqiqləşdirmək üçün dəri biopsiyasına müraciət edilir.

Müalicəsi:
Vitiliqo xəstəliyinin müalicəsində lokal kortikosteroid məlhəmlərindən istifadə edilir. Profilaktikasında SPF günəş kremlərindən istifadə edilir. xəstəliyin müalicəsi çətin olsa mümkünsüz deyildir. Hər bir vitiliqo xəstəsi müalicələr almalı və profilaktik tətbirləri davamlı qaydada icra etməlidir. bu xəstəlikdən sağalanlar xəstələr vardır.